AZ

“Rizin”də qələbə qazanan Məhərrəm Həsənzadə “Bellator”u arzulayır

“Tam istədiyim kimi döyüş göstərə bilmədim. Amma 3 raundun hər birincə mən yaxşı çıxış etdim”.

Bunu İdman.bizə Azərbaycanın MMA döyüşçüsü Məhərrəm Həsənzadə (61 kq) deyib.

27 yaşlı idmançı Yaponiyada "Rizin Landmark 10" beynəlxalq turnirində debütündə yerli döyüşçü Ri Kuto Şirakavaya qalib gəlib. O bildirib ki, “Gündoğar ölkə”də bayrağımızı dalğalandırdığı üçün qürurludur: “Həvəsli idim. Çox yaxşı da hazırlaşmışdım. Məşqçimiz Ruslan Əfəndiyev bizi bu yarışa yaxşı kökləmişdi. Bayrağımızı uzaq Yaponiyada dalğalandırmaq hər idmançıya nəsib olmur. Bu çox qürurverici bir hissdir. Bunları bölüşmək çox çətindir. Üçrəngli bayrağımızın dalğalanması üçün hər zaman əlimizdən gələni edirik”.

Həsənzadə gələcək planlarından da danışıb: “Rizin” təşkilatı ilə 2 döyüşlük kontraktım var. Bu bitəndən sonra başqa təklifləri dəyərləndirəcəyəm. İstəyərəm ki, “Bellator” və ya PFL-də döyüşüm. Bu UFC-də ola bilər. Elə düşünürəm ki, bu 3 təşkilatda gücümü göstərməyə hazıram”.

Qeyd edək ki, Məhərrəm Həsənzadə peşəkar rinqdə 11 döyüş keçirib. O bunların 10-da qələbə qazanıb, 1-də uduzub.

Emin Ağa
İdman.biz

Seçilən
22
idman.biz

1Mənbələr