İtaliyanın \"Atalanta\" klubunun yarımmüdafiəçisi Ederson qış \"transfer pəncərəsi\"ndə komandanı tərk edə bilər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, \"Mançester Siti\" 25 yaşlı braziliyalı futbolçu üçün PSJ (Fransa) və \"Yuventus\" (İtaliya) ilə mübarizəyə qoşulub.
Futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. \"Transfermarkt\" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Ederson bu mövsüm bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 1 qol və məhsuldar ötürmə ilə yadda qalıb.