AZ

Xəzər rayonunda YAP-ın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir - FOTOLAR

Noyabrın 21-də Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatı Aparatının və Xəzər Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərdəkan qəsəbəsində ucaldılmış heykəli önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda mürəkkəb siyasi və sosial-iqtisadi şərait hökm sürürdü. Bu çətin dövrdə mövcud hakimiyyət ölkəni idarəetməkdə zəiflik göstərir, xalq arasında narazılıq artırdı. Belə bir şəraitdə ölkənin güclü liderə və milli maraqları təmin edə biləcək bir siyasi qüvvəyə ehtiyacı var idi. Məhz bu tarixi zərurət Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirdi. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya milli birlik, dövlətçiliyin möhkəmləndirilməsi və demokratik islahatlar istiqamətində fəaliyyət göstərdi. Bu gün də Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə əsas siyasi qüvvə kimi fəaliyyətini davam etdirir və müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayır.

Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan xalqının tarixində həm siyasi, həm də milli maraqlar baxımından əhəmiyyətli bir hadisə olduğunu bildirdi. Yeni Azərbaycan Partiyası ölkədə milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və sosial-iqtisadi inkişafın dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. Bu gün YAP Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında və milli maraqların qorunmasında mühüm rol oynayır. Eyni zamanda, partiya ölkədəki sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və əhalinin rifahının yüksəldilməsinə töhfə verir. YAP-nın sədri cənab İlham Əliyevin liderliyi altında Azərbaycan güclü iqtisadiyyata, sabit siyasi sistemə və sosial rifaha malik müasir dövlətə çevrilmişdir. Partiya ölkənin siyasi səhnəsində dominant qüvvə olaraq fəaliyyətini uğurla davam etdirir.
Tədbirdə Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxış edərək, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın qurulmasında və inkişafında əhəmiyyətli rol oynadığını qeyd etdi.

Partiyanın fəaliyyəti ölkədə sabitliyi təmin etmiş, iqtisadiyyatın modernləşdirilməsi və beynəlxalq əlaqələrin inkişafı sahəsində mühüm nəticələr əldə edilmişdir. Bu, YAP-ın Azərbaycanın siyasi sistemində lider mövqeyini qoruyub saxlamasının əsas səbəblərindəndir. Azərbaycanın gələcək inkişafında Yeni Azərbaycan Partiyasının rolu hələ də əvəzolunmaz olaraq qalır.

125 nömrəli tam orta məktəbin direktoru, veteran partiya üzvü Zeynəb Əliyeva çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti, Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Partiya, ölkənin müasir çağırışlara uyğun inkişafını təmin etmək və xalqın rifahını artırmaq üçün ardıcıl siyasət həyata keçirir. Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən güclənmiş, siyasi sabitliyə nail olmuş və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmişdir.

Tədbir ziyafət və konsert proqramı ilə davam etdi.

Seçilən
22
3
sia.az

4Mənbələr