AZ

Avropa Parlamenti erməni lobbisinin yuvasına çevrilib- ÖZƏL

"Bu gün hər kəs aydın şəkildə görür ki, Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi müəyyən Qərb dövlətlərini, xüsusuilə erməni lobbisini ciddi narahat edir. Bu səbəbdən də, həmin dairələr xeyli müddətdir ki, ölkəmizə qarşı qərəzli kampaniya aparır". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Başda Fransa olmaqla bəzi Qərb ölkələri və erməni lobbisinin yuvası olan Avropa Parlamenti hər vəchlə çalışırdılar ki, COP29 Azərbaycanda keçirilməsin. Onların boykot çağırışına dünya birliyi cavab vermədi. Dövlət başçısı çıxışı zamanı həmin dairələri məyus edən faktlar səsləndirdi. Beləliklə, bir daha təsdiqləndi ki, Qərb dairələrinin bu cür ucuz kampaniyalarının ölkəmizə qarşı heç bir beynəlxalq təsiri və əhəmiyyəti mümkün deyil. Azərbaycan belə qərəzli oyunlarla, qarayaxma kampaniyaları və eyni tipli hallarla bir neçə illər öncə "Avroviziya" mahnı yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə də rastlaşıb. Lakin hər dəfə olduğu kimi, qaragüruhçu qüvvələr bu dəfə də eyni məyusluğu yaşadılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr