Fransanın PSJ klubu futbolçusu Əşrəf Hakimi ilə müqavilənin müddətini uzadacaq.Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tərəflər artıq bununla bağlı razılığa gəliblər. Yeni sözləşmənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.
Mərakeş millisinin üzvü cari mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Zərintac MayisqızıMissiya.Az