Noyabrın 26-da Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə “Agence France-Presse” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iclasda Ukraynanın müdafiə sənayesi kompleksi (MSK) obyektinə qarşı yeni Rusiya raketinin tətbiqinin nəticələri müzakirə ediləcək.