AZ

"Göstərilən növbəti ali etimad və qayğı sərhədçiləri xidməti uğurlara ruhlandırıb"

"Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb".

"XQ"nin Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri DSX rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində təşkil olunan mətbuat konfransında bildirdi.

Azərbaycanın sərhəd mühafizəsi istiqamətində son illərdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə məlumat verən general-leytenant Araz Məmmədov dedi ki, Azərbaycan Prezidenti  İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının yeni inşa olunmuş 3 hərbi hissəsinə səfər etməsi sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və qayğının növbəti ifadəsi olub, sərhədçiləri xidməti uğurlara ruhlandırıb. 

"Prezident İlham Əliyevin uzun illərdi apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü ildə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlayıblar", - deyə xidmət rəisinin müavini fikirlərinə yekun vurub.

Rizvan FİKRƏTOĞLU
XQ

Seçilən
24
xalqqazeti.az

1Mənbələr