AZ

Gürcüstanda Saakaşvilinin məhkəməsi keçiriləcək

Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçiriləcək iclasda Mixail Saakaşvilinin qaldığı Vivamed klinikasından onlayn qoşulması gözlənilir.

    Qeyd edək ki, Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb. Sözügedən iş çərçivəsində daha 4 nəfərə qarşı ittiham irəli sürülüb.

    Seçilən
    13
    3
    bakivaxti.az

    4Mənbələr