AZ

NATO-nun Baş katibi Trampla görüşmək istəyir – SƏBƏB

NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin yeni prezidenti Donald Trampla görüşməyi və onu Ukrayna münaqişəsinin həllində Rusiyaya güzəştə getməməyə çağırmağı planlaşdırır.

“Cebheinfo.az” xəbər verir ki, “The Washington Post” belə yazıb.

Nəşr qeyd edir ki, Rutte Ukrayna strategiyasını müzakirə etmək üçün Trampın Mar-a-Laqodakı iqamətgahına gələcək.

NATO-nun Baş katibi böyük ehtimalla Rusiyaya güzəştə getməyin ABŞ və Avropanın maraqlarına uyğun olmadığına dair Trampa məlumat verəcək.

Rutte Amerika siyasətçisinə münaqişəni elə həll etməyi tövsiyə edəcək ki, bu, onun prezidentlik müddətinə təsir etməsin.

Seçilən
9
cebheinfo.az

1Mənbələr