AZ

Rusiyanın Ukraynaya atdığı ballistik raket nəyə qadirdir?

Son günlər Rusiya-Ukrayna savaşında artan gərginlikdən sonra Rusiya prezidenti Vladimir Putin Ukraynanın ballistik raketlə vurulduğunu bildirib. Bəzi Qərb rəsmiləri bunun qitələrarası ballistik raket olduğundan şübhələndiklərini desələr də, Putin bunun eksperimental ballistik raket olduğunu bəyan edib.

Hazırda hər kəsi bu suallar düşündürür: Rusiyanın eksperimental ballistik raket hücumu haqqında nə məlumdur? Ümumiyyətlə, qitələrarası ballistik raket “İntercontinental Ballistic Missile” (ICBM) nədir?

Publika.az xəbər verir ki, qitələrarası ballistik raketlər adından da göründüyü kimi, döyüş başlıqlarını çox uzun məsafələrə göndərmək üçün nəzərdə tutulmuş silahlardır. Hər bir raket birdən çox döyüş başlığı ilə təchiz oluna, müstəqil şəkildə hərəkət edə və müxtəlif hədəfləri tapa bilər.

Sovet İttifaqı 1957-ci ilin avqustunda ICBM-ləri sınaqdan keçirən ilk ölkə olub. İndi Rusiyadan başqa, ABŞ və Çində qurudan buraxılan ICBM-lərin böyük ehtiyatları var. Britaniya, Fransa, Hindistan, İsrail və Şimali Koreyada isə qurudan və ya sualtı qayıqlardan buraxılan belə raketlərin sayı daha azdır. ICBM-lər oxşar döyüş başlıqlarını daşıya bilən digər ballistik raketlərdən daha böyük məsafə və sürətə malikdir.

ABŞ ordusu Rusiya raketinin dizaynının bu ölkənin daha uzun mənzilli “RS-26 Rubej” qitələrarası ballistik raketinin dizaynına əsaslandığını bildirib. Rəsmilər bu raketin eksperimental olduğunu və Rusiyanın az sayda belə raketlərə malik olduğunu hesab edirlər.

Qeyd edək ki, Rusiya hücumdan əvvəl bu barədə ABŞ-ı məlumatlandırıb. Pentaqon raketin adi döyüş başlığı ilə atıldığını, lakin Moskvanın istəsə onu dəyişə biləcəyini bəyan edib.

“Rusiyanın eksperimental ballistik raket buraxdığını təsdiq edə bilərəm. Bu, “RS-26 Rubej” tipli ICBM adlı qitələrarası ballistik raketdir”, - deyə Pentaqonun sözçüsü bildirib.

Seçilən
38
1
publika.az

10Mənbələr