AZ

Ukraynanın hökumət binaları Rusiya raketlərinin hədəfində- Radanın iclası ləğv edildi...

Image

Kiyevdə hökumət məhəlləsinə mümkün hücuma görə Ali Radanın iclası ləğv edilib. Bu barədə məlumat yayan Ukrayna mətbuatı yazır ki, Ali Radanın növbəti sessiyası dekabr ayına təyin edilib.

Aleksey Qonçarenko və digər deputatların sözlərinə görə, deputatlara raket hücumu təhlükəsi barədə xəbərdarlıq edilib və hökumət məhəlləsində hərəkəti məhdudlaşdırmağa çağırılıb. Deputat Taras Batenko isə bildirib ki, siyasətçilər noyabrın 21-də ballistik zərbə təhlükəsi barədə məlumatlı olublar və bu gün yeni təhlükə barədə məlumat alıblar.

“Yaxın günlərdə Ukrayna parlamentinə mümkün raket hücumu ilə bağlı məlumatımız var. Gəlin görək bu baş verəcəkmi? Putin mümkün qədər Ukrayna xalqı üçün risklər yaradıb”. – Batenko deyib.

TAHİR





Seçilən
19
baki-xeber.com

1Mənbələr