AZ

BMT-dən Rusiya və Ukrayna ilə bağlı ÇAĞIRIŞ

"BMT Rusiya-Ukrayna münaqişəsinin bütün tərəflərini eskalasiyanın qarşısını almaq üçün təcili addımlar atmağa çağırır".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibinin nümayəndəsi Stefan Dujarrik deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsindəki hazırkı vəziyyət çox narahatedicidir:

"BMT münaqişənin beynəlxalq hüquq normalarına və ərazi bütövlüyünə uyğun həllini istəyir. BMT hər iki tərəfi mülki hədəflərə və ya mühüm mülki infrastruktura hücum etməməyə və mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırır".

Gülşən Şərif

Seçilən
16
bakivaxti.az

1Mənbələr