AZ

İsveçrəli nazir: "Paris Sazişinin 6-cı maddəsi ilə bağlı konsensus əldə olunub"

İsveçrənin Ekologiya naziri Albert Rösti COP29 konfransında iştirak edib. 

Bizim.Media xəbər verir ki, o, jurnalistlərə açıqlamasında konfransdan gözləntilərindən danışıb.

O, qeyd edib ki, xüsusilə COP29-da Paris Sazişinin 6-cı maddəsi ilə bağlı müzakirələrdə iştirakdan çox məmnundur:

"Buradakı çıxışçılara minnətdarıq ki, 6-cı maddə ilə bağlı bir konsensus hazırlayıb təqdim ediblər. Biz bu maddəni həyata keçirəcəyik və bu yöndə atacağımız addımlar bizi çox sevindirir".

Qeyd edək ki, Paris Sazişinin 6-cı maddəsində dövlətlərin yumşaltma və uyğunlaşma fəaliyyətlərini daha da gücləndirmək, ətraf mühitin bütövlüyü və davamlı inkişafın təşviq edilməsinə imkan yaratmaq üçün bəzi Tərəf ölkələrin özlərinin milli səviyyədə müəyyən edilmiş töhfələrinin həyata keçirilməsində könüllü şəkildə əməkdaşlıq etmələri kimi məsələlər öz əksini tapıb.

Nuray, Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr