AZ

Bu məşhur şəxsi həyatından danışdı: "Qısa müddətli bir hissdir"

"Neslişahla həqiqətən yaxşı dostuq. Çox əylənirik. Bu, təbii ki, münasibəti dinamik saxlayır"

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış aktyor Engin Altan Düzyatan “Youtube”da yayımlanan “Nə olursan ol, rahat ol” verilişində qonaq olarkən deyib.

O, 2014-cü ildə ailə qurduğu Neslişah Alkoçlarla tanışlıq zamanı Hülya Koçyiğitin nəvəsi olduğunu bilmədiyini etiraf edib.

"Aşıq olmaq qısa müddətli bir hissdir. İki-üç aydan sonra içindəki o "kəpənəklər" yerini başqa şeylərə verir. Amma sevgi və hörmət artır. Neslişahın həyatıma qatdığı çox şey var. Həyatımı asanlaşdırmaqdan əlavə, mənə çox şey öyrətdi. Həyata bir çox fərqli baxış bucağından baxmağı onunla öyrəndim, deyə bilərəm".

Aktyor həmkarları Kənan İmirzalıoğlu və Kıvanç Tatlıtuğla eyni layihədə iştirak etmək istədiyini də dilə gətirib: “Bəlkə bir gün mən onlara təkliflə gedərəm".

Cütlüyün Əmir Aras və Alara adlı iki övladı var.


Müəllif: Pərvin Cəfərova
Seçilən
24
teleqraf.com

1Mənbələr