![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/10/27/1/ab188140-a6a6-43dd-b5f8-753f739af784/israil-esgerleri.jpg)
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının bölmələrinə qarşı aparılan döyüş əməliyyatları nəticəsində bir hərbçisinin öldüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Givati” briqadasında xidmət edən 19 yaşlı çavuş Ron Epşteyn Menşer Qəzza zolağının şimalında öldürülüb.