Bakı. Trend:
"Gilavar Foto Klubu" ictimai birliyi noyabr ayının 11-22-dəBakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)uğurla iştirak edib.
Trend xəbərverir ki, birlik tərəfindən Yaşıl Zonada yerləşən Milli QHT Forumupavilyonunda Azərbaycanda mina qurbanlarına həsr olunan fotosərgitəşkil edilib. Noyabr ayının 15-i və 20-22-si tarixlərində nümayişolunan fotolarda Ermənistanın 30 ilə yaxın bir müddətdə minaçirkləndirilməsinə məruz qoyduğu Azərbaycan torpaqlarında minayadüşmüş şəxslər yer alıb. 20 fotodan ibarət «Düyməni sıxan ayaqlar»adlı fotosərgi yerli və xarici ziyarətçilərdə dərin təəssüratyaradıb.
Eyni zamanda, Birliyin müxtəlif dövlət qurumları, özəl təşkilatvə mediada çalışan 26 üzvü COP29-un keçirildiyi məkanda fotoqrafkimi iştirak edib. Onlar hər gün mötəbər tədbirinişıqlandırılmasına öz töhfələrini veriblər.
Bundan əlavə, "Gilavar Foto Klubu" ictimai birliyi TərəflərKonfransında qeyri-hökumət təşkilatı fəaliyyəti ilə yanaşı mediakimi də təmsil olunub. Belə ki, təşkilatın 6 üzvü Gilavar FotoKlubu adı altında media akkreditasiyadan keçərək fotomüxbir kimifəaliyyət göstəriblər.