AZ

“Politico”nun dezinformasiyası: Məqsəd Azərbaycanın Avropa bazarındakı etibarlı tərəfdaş imicini zəiflətməkdir

Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində “Politico”da dərc edilmiş “Avropanın Azərbaycan qazı qambiti Rusiya üçün yaxşı xəbərdir” başlıqlı yazısına münasibət bildirərkən qeyd edib. O, məqalənin dezinformasiya xarakterli olduğunu, Avropa jurnalistikasının, media standartlarının çökdüyünü qeyd edib. Hikmət Hacıyev bildirib ki, “POLITICO Europe”ın “Avropanın Azərbaycan qaz qambiti Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqalə dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Bu, peşəkar faktların yoxlanılmasından məhrumdur və dedi-qodu və şayiələrə əsaslanır. Avropa jurnalistikasının və media standartlarının belə aşağı səviyyəyə düşməsi, yumşaq desək, utancvericidir. Avropa İttifaqı qlobal media dezinformasiyalarına qarşı xüsusi həssaslıq və narahatlıqla yanaşır. Bu başa düşüləndir! Bəs Avropa mediası saxta xəbərlər və başqaları haqqında yalanlar yaymaqla məşğul olanda reaksiyalar necə olur? 
Hikmət Hacıyev Azərbaycanın 2024-cü ildə Rusiyadan qaz idxal etmədiyini, qaz hasilatının isə beynəlxalq tərəfdaşları ilə birlikdə həyata keçirdiyini vurğulayıb. O, bildirib ki, bircə fakt bu yazını tamamilə təkzib edir. 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Azərbaycanın qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamı üçün aydındır. Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Biz “POLITICO Europe”ın üzr istəməsini və bu saxta məqaləni geri götürməsini tələb edirik. 


Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, sözügedən informasiyanın dezinformasiya olması göz önündədir:

“Həqiqətən də enerji resurslarının bazara çıxarılması böyük prosedurdan keçir. Çünki enerji resursları adi məhsul deyil ki, istənilən vaxt bazara çıxarılsın. Enerji resursları daha öncədən bəlli olur. Buna rəğmən belə dezinformasiyanın ortaya atılmasının müəyyən məqsədləri var. Bunu Azərbaycana qarşı müşahidə edilən təzyiq dalğasının növbəti mərhələsi kimi dəyərləndirmək lazımdır. Qərbdə antiazərbaycan qüvvələri indiyə qədər müxtəlif iddialar ortaya atıblar və onların üzərindən Azərbaycaba qarşı təzyiq həyata keçirməyə çalışıblar. Burada əsas məqsəd Azərbaycanın Avropa bazarındakı rolunu azaltmağa və etibarlı tərəfdaş imicini zəiflətməkdir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühim rol oynayır. Bu günə qədər Azərbaycan bütün razılaşmaları sonuna qədər yerinə yetirib. Belə iddialar iqtisadi əlaqələrdə və biznes sektorunda müəyyən narahatlıq yarada bilər. Bu proses isə Qərbdə olan antiazərbaycan qüvvələrin və Avropanın enerji bazarında maraqlı olan güclərin marağındadır”.
Seçilən
15
13
sherg.az

10Mənbələr