AZ

"Rabitəbank"ın komissiyasız nağd pul krediti üzrə kampaniyası davam edir

Yeni ilə sayılı günlər qalıb. Uzunmüddətli ödəmə şərtləri sayəsində bu kampaniya ehtiyaclarınızı qarşılamaq və təxirə saldığın planları həyata keçirmək üçün əsl fürsət olacaq.

"Unikal" xəbər verir ki, kampaniya çərçivəsində 30 000 AZN-dək nağd pul kreditini 0% komissiya ilə illik cəmi 10.5%-dən 48 ay müddətinədək götürmək olar. 

Onlayn kredit müraciəti ilə prosesi daha da sadələşdirə bilərsiniz. Nağd pul kreditini "Rabitəbank"ın bütün filiallarından, “Rabita Mobile” tətbiqindən və ya sadəcə sayta keçid edərək dərhal sifariş etmək mümkündür: https://rbt.az/KREDIT-AL

Həmçinin, saytın kredit kalkulyatoru ilə arzuladığınız məbləğə əsasən aylıq ödənişinizi və illik faiz dərəcəsini asanlıqla hesablaya bilərsiniz.

Yüksək faizlərinizi azaltmaq üçün kreditlərinizi Rabitəbanka transfer edərək, sığorta haqqı və heç bir komissiya olmadan daha sərfəli şərtlərlə 30.000 manatadək məbləği əldə etmək mümkündür.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. 

Seçilən
105
33
unikal.az

10Mənbələr