AZ

“Azərbaycanın COP29 hazırlığına nə qədər detallı yanaşdığına heyran qaldıq” – Braziliyanın Azərbaycandakı səfiri

“Azərbaycan mükəmməl iş görüb və biz, Braziliya nümayəndə heyətinin üzvləri, tədbirin miqyasına və necə detallı hazırlandığına heyran qaldıq”

Bu fikirləri Yenicag.az-a açıqlama verən Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopez Da Kruz deyib.

“Bakıda BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransının iki həftəlik sammiti keçirilir, burada qlobal istiləşmə və əsas ekoloji problemlər müzakirə olunur. Ən vacib mövzulardan biri iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi məsələsidir.

Azərbaycan mükəmməl iş görüb və biz, Braziliya nümayəndə heyətinin üzvləri, tədbirin miqyasına və necə detallı hazırlandığına heyran qaldıq. Hər şey o qədər peşəkar və bütün gözləntilərdən yüksək idi ki, biz dərhal vəziyyəti qiymətləndirdik və bu sammitdə çox işin olacağını anladıq”, – deyə səfir qeyd edib.

Məsimə Məmmədova

Seçilən
26
yenicag.az

1Mənbələr