AZ

Türkiyənin 5 bölgəsində qeyri-qanuni mərc əməliyyatı, saxlanılanlar var

İzmir mərkəzli 5 vilayətdə keçirilən qanunsuz mərc əməliyyatında 16 şübhəli saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar bu gün səhər saatlarında baş tutub.
 
Belə ki, Kiber Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinin qrupları, İzmir Respublika Prokurorluğunun koordinasiyasında, sosial media platformalarında qanunsuz mərc saytlarını reklam edərək izləyicilərini mərc etməyə təşviq edərək qazanc əldə edən şübhəlilərə qarşı iş aparıb. 
 
İstanbul, Adana, Antalya, İzmir və Bursada eyni vaxtda keçirilən əməliyyatda 16 şübhəli tutulub.
 
Saxlanılan şübhəlilərin evlərində aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və cinayət avadanlıqları ələ keçirilib.
 
Oksana

Seçilən
18
azxeber.com

1Mənbələr