Aleksandr Lukaşenko Belarusda yeni kütləvi etirazlar olacağı təqdirdə interneti bağlamaqla hədələyib. Ölkədə yeni prezident seçkiləri 2025-ci ilin yanvarına təyin edilib.
Bu barədə Qaynarinfo BELTA-ya istinadən xəbər verir.
Minsk Dövlət Linqvistik Universitetində bir neçə təhsil müəssisəsinin tələbələri ilə görüşdə Lukaşenko bildirib ki, Belarusda kütləvi etirazlar təkrarlanarsa, internet tamamilə kəsiləcək.
"Necə fikirləşirsiz, mən baxıb dua edəcəm ki, sabah ölkə olmasa, siz kiməsə yaza bilməmisiz?" deyə o bildirib və əlavə edib ki, 2020-ci ildə internet "o zaman söhbət ölkənin taleyindən gedirdi" deyə bağlanıb.
O, həmçinin qeyd edib ki, internetin bağlanması ilə bağlı qərarı şəxsən özü verib.
Xatırladaq ki, Belarusda 2020-ci ildən 2021-ci ilə qədər davam edən etirazlar ölkə tarixində ən irimiqyaslı aksiya olub. Etirazlar 9 avqust 2020-ci il prezident seçkilərindən sonra başlayıb. Rəsmi məlumatlara görə, Lukaşenko səslərin 80%-dən çoxunu qazanıb, lakin əhalinin əhəmiyyətli bir hissəsi və beynəlxalq ictimaiyyət böyük saxtakarlığa yol verdiyini iddia edib.
Lukaşenkonun əsas rəqibi həbsdə olan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya olub. Onun namizədliyini irəli sürməsi ərinin namizədliyini irəli sürmək qadağasına cavab olub.
Kütləvi həbslər, işgəncələr və çoxsaylı zorakılıq halları ilə müşayiət olunan etirazlar təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə yatırılıb. Bu hərəkətlər beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla qarşılanıb. Etirazların başlamasından az sonra Tixanovskaya həyatına təhlükə yarandığı üçün xaricə getməyə məcbur olub.
Nizami Bağırov