AZ

COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO/VİDEO

COP29-un son günlərində Yaşıl Zonada Azərbaycan şirniyyatlarından ibarət sərgi təşkil olunub. Sərgidə Azərbaycana xas şirniyyat növləri, şəkərbura, paxlava, halva və digər şirniyyatlar nümayiş etdirilib. Milli şirmiyyatlarımız xarici qonaqların da böyük marağına səbəb olub. Sərgi haqqında danışan Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov

Bizim.Media-ya deyib ki, bu gün 20-dən çox şirniyyat növü təqdim edilib:

"Azərbaycanda 400-ə yaxın şirniyyat növü var və onlardan bəzilərini nümayiş etdiririk. Yəni gələn qonaqlar gəlib, baxıb, görsünlər ki, biz nə qədər varlı, zənginik. Çünki mətbəx mədəniyyətin əsasıdır. Paxlava kimindirsə, tar onundur, şəkərbura kimindirsə, kamança onundur və s.". 








Günay Şahmar, Bizim.Media

Seçilən
23
2
bizim.media

3Mənbələr