AZ

17 yaşında Diddinin təcavüzünə məruz qaldığını açıqladı

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsun haqqında ittihamlar bitmək bilmir. 

Adının açıqlanmasını istəməyən model 17 yaşında Diddinin "bəyaz parti"sinə dəvət aldığını deyib. O bildirib ki, dəhşətli anların yaşandığı partidə reper tərəfindən təcavüzə məruz qalıb. 

Model əlavə edib ki, onu ora aparanlar arasında tək reper yox, bir çox vasitəçi olub. Qız iddia edir ki, ona narkotik maddə veriblər. Bundan sonra o, huşunu itirib. Yuxudan ayılanda yanında Didini və onun iki mühafizəçisini görüb. Onlar qızı bu haqda danışmaması üçün hədələyiblər.

O, məclisin əvvəlində əlindən alınan telefonu və pul kisəsini geri almaq üçün susacağını deyib. (Axşam.az)

Seçilən
15
musavat.com

1Mənbələr