AZ

Böyük Britaniyada pərakəndə satışlar proqnozların altında artıb

Fins.az - Böyük Britaniyada Pərakəndə Satış Dövriyyasinin Həcmi aylıq ifadədə oktyabr ayında 0.7% azalıb.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir. Analitiklər göstəricinin 0.3% azalacağını proqnoz edirdilər.

Eləcə də, ötən ayın yenilənmiş nəticələrinə əsasən, pərakəndə satışlar sentyabr ayında daha əvvəl bildirildiyi kimi 0.3% deyil, 0.1% artıb.

Oktyabr ayında qeyri-ərzaq mağazalarının satışları 1.4%, geyim mağazalarının isə 3.1% azalıb. Ərzaq mağazalarının satışları 0.6%, onlayn satışlar isə 1.2% azalıb.

İllik ifadədə Böyük Britaniyada pərakəndə satışlar sentyabrda 3.2% artdıqdan sonra oktyabrda 2.4% artıb. Ekspertlər 3.4%-lik artım proqnozlaşdırmışdılar.

Avtomobil yanacağı xaric pərakəndə satışlar ötən ay aylıq ifadədə 0.9% azalıb, illik ifadədə 2% artıb.

Seçilən
22
fins.az

1Mənbələr