AZ

DSX hərbçisi: Qazaxın azad olunan kəndlərində mədəni abidələr, flora və fauna da qorunur

19 aprel 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndi Prezident İlham Əliyevin siyasəti nəticəsindı bir güllə belə atılmadan azad edilib.

Bunu APA-ya Dövlət Sərhəd Xidmətinin "Qazax" Əlahiddə sərhəd diviziyasına təşkil olunan media-tur zamanı DSX-nın Sərhəd Qoşunlarının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev deyib.

Onun sözlərinə görə, azad olunan kəndlərdə sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir. Eyni zamanda sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar.

Qeyd olunub ki, yeddincə əsrə aid Avey məbədi də bu ərazidə yerləşir.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu həm DSX Sərhəd Qoşunları, həm də Mədəniyyət Nazirliyi tərəfindən qorunur.

Seçilən
14
3
apa.az

5Mənbələr