AZ

Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı - FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

 

Pravda.az  qafqazinfo.az-a istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib.

 

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

 

Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

 

Tarix: 22 Noyabr 2024, 17:52   
Seçilən
13
23
pravda.az

10Mənbələr