AZ

Ukrayna Dünya Bankından 4,8 milyard dollar kredit götürüb

Ukrayna Dünya Bankından 4,8 milyard dollar kredit götürüb

Ukrayna Dünya Bankından 4,8 milyard dollar kredit alacaq. Bununla bağlı saziş Kiyevdə imzalanıb.AFN.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.“Ukraynanın maliyyə naziri Sergey Marçenko və Dünya Bankının Şərqi Avropa məsələləri üzrə əməliyyat meneceri Kevin Tomlinson “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” (Ukraynada Sülh) layihəsi çərçivəsində kredit sazişi imzalayıblar. Müqavilə ABŞ və digər inkişaf tərəfdaşlarından 4,8 milyard dollar cəlb etməyi nəzərdə tutur" - deyə nazirliyin açıqlamasında qeyd edilib.Vəsaitin prioritet sosial büdcə xərclərinə yönəldilməsi planlaşdırılır.2022-ci ildən başlayaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynada Sülh layihəsi vasitəsilə Kiyevə 28 milyard dollardan çox qrant dəstəyi ayırıb.

Seçilən
19
1
afn.az

2Mənbələr