Qazax. Trend:
Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora vəfaunanı da qoruyurlar.
Bunu Trend-ə açıqlamasında"Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanıDövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbiqulluqçusu, polkovnik-leytenant Elnur Abdullayev deyib.
O bildirib ki, 19 aprel 2024-cü ildə Qazax rayonunun işğaldaolan dörd kəndi Prezident İlham Əliyevin siyasəti nəticəsində birgüllə belə atılmadan azad edilib:
"Bu kəndlərdə hazırda sərhədçilər xidməti yüksək səviyyədətəşkil edir. Eyni zamanda, sərhədçilər xidmət etdikləri ərazidəmədəni abidələri, flora və faunanı qoruyurlar. Hazırda arxamızdaolan "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yeddinci əsrdətikilib.
Bu qoruq Qazax rayonun Daşsalahlı kəndində yerləşir. Qoruq həmDSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi tərəfindənqorunur. Hazırda yerləşdiyimiz yüksəklik Subsaksiz yüksəliyiadlandırılır".