AZ

İsveç Ukrayna HSK-ni dəstəkləmək üçün təxminən 4,5 milyard dollar ayıracaq

İsveç iki il ərzində Ukraynanın hərbi sənaye kompleksini dəstəkləmək üçün 50 milyard kron (4,5 milyard dollardan çox) ayıracaq.

Bunu Krallığın müdafiə naziri Pol Conson ukraynalı həmkarı Rustem Umerovla İsveç hökumətinin YouTube kanalında yayımlanan mətbuat konfransında bildirib.

Ukrayna tərəfindən uzaqmənzilli raketlərin və pilotsuz təyyarələrin istehsalı üçün maliyyənin 2025 və 2026-cı illərdə hər biri 25 milyard kron olmaqla iki tranşda ayrılması planlaşdırılır. Paket təfərrüatları yanvar ayında açıqlanacaq.

Conson vurğulayıb ki, Kiyevi dəstəkləmək Stokholmun əsas təhlükəsizlik prioritetidir.

Seçilən
23
aznews.az

1Mənbələr