AZ

Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ/VİDEO

Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb, Dövlət Himni oxunub. Azərbaycan Bayrağının qaldırılmasına dair videogörüntüləri təqdim edirik:

Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.

Sərhədlərin mühafizəsi hər bir dövlətin ümumi təhlükəsizliyi üçün prioritetdir. Son zamanlar narkotik qaçaqmalçılığı, xarici dövlətlərdə fəaliyyət göstərən cinayətkar qruplaşmalar, kütləvi qırğın silahları və onların komponentlərinin sərhədlərdən qanunsuz keçirilməsi cəhdləri, həmçinin qlobal miqyasda sərhəd mühafizəsində yaranan xarici təhdidlərin artması dövlətləri bu istiqamətdə nəzarəti daha da gücləndirməyə məcbur edib.

Azərbaycan da sərhədlərinin mühafizəsi istiqamətində yeni dövrə qədəm qoyub. Qarabağ və ətraf ərazilər işğaldan azad olunduqdan sonra orada yeni sərhəd strukturları yaradılıb. Bununla yanaşı, sərhədlərin mühafizəsi üzrə peşəkar kadrların yetişməsi üçün tədris müəssisələrinin imkanları artırılıb.

Azərbaycan sərhədlərinin mühafizəsi prosesi ilə yaxından tanış olmaq üçün Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Sərhəd Qoşunlarının "Şəmkir" Sərhəd Dəstəsinin ərazisinə yollandıq.

Burada "Qazax" Əlahiddə Diviziyasının işi ilə yanaşı, Qazax rayonunun işğaldan azad olunan kəndlərində qoşunların fəaliyyəti ilə tanış olmaq imkanımız da yarandı.

Seçilən
25
paytaxt.org

1Mənbələr