Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin autsayderi “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edib.
Tovuz şəhər stadionunda reallaşan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 25-ci dəqiqədə Felipe Santos, 86-cı dəqiqədə Benni vurub.
Bu qələbədən sonra xallarını 33-ə çatdıran “Araz-Naxçıvan” “Qarabağ”ı qabaqlayaraq liderliyə yüksəlib. Gəncə klubu isə 7 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, XIV turun digər qarşılaşmaları noyabrın 23-24-də təşkil olunacaq.