Beş yaşlı Nurayın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə seher.media-a onun anası Afət Əliyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə fəqərə çatışmazlığından əziyyət çəkir:
"Nurayın hazırda beş yaşı var. O bir yaş altı aylıq olarkən yeriməsində problemlər olduğunu hiss etdik. Buna görə də həkimə yollandıq. Müayinələr zamanı həkim onun yalnız S1 fəqərəsinin mövcud olduğunu dedi. Buna görə də yerişində problemlər var, dizləri önə doğru əyilir. Hazırda o yeriməkdə əziyyət çəkir. Yeriməsini tamamilə itirməsin deyə o, təcili əməliyyat olunmalıdır".
Afət Əliyeva övladının Türkiyədə əməliyyat olacağını deyib:
"Nurayın əməliyyatı Türkiyədə yerləşən özəl xəstəxanalardan birində keçiriləcək. Bunun üçün bizdən 12 000 dollar (20 400 manat) tələb olunur. Bu pulun 17 000 manatını toplaya bilsək də, 3 400 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 403-43-09.
Leo Bank: 5411 2498 1286 2717.