AZ

"Qara cümədə mal alanda sevinməsinlər..." — XƏBƏRDARLIQ

 “Qara cümə günü bütün dünyada istehlakçıların ən çox aldadıldığı gündür. Qara cümənin tarixi 18-ci əsrə gedir. 1952-ci ildə qara cümə günü təşkil olunan zaman satışda heç bir zərər olmamışdır, satıcılar bundan xeyir qazanmışdılar. Qara cümə günü, əslində, hüquqlarını bilməyən, marketoloqların tələsinə düşən insanların aldadıldığı gündür”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, ən keyfiyyətsiz, standartlara uyğun olmayan, istehsal zamanı qüsuru olan mallar bu gündə satılır:



“Bu, ərzaq mallarında özünü büruzə vermir, çünki müəyyən partiya ilə buraxılan ərzaq malları standartlara uyğun olur, saxta mal olmur, yəni istehlakçını aldatmaq imkanı burada azdır. Sənaye mallarında, xüsusən də texniki avadanlıqlarda istehlakçılar daha çox aldadılırlar”. 

Ekspert qeyd edib ki, qara cümədən sonra Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin məzmunu təxminən eyni olur:

“İnsanlar aldıqları malın sonradan yararsız olduğunu görürlər. Qaytarmaq istədikdə isə mağaza malın qara cümədə alındığını bəhanə edərək malı qaytarmaqdan imtina edir. Qanunvericiliyə görə isə istehlakçının kassa çeki ilə malı qaytarmaq hüququ var. İstehlakçılara məsləhət görürəm ki, qara cümə günü mal alanda sevinməsinlər, xüsusən mürəkkəb texniki vasitələr alanda satıcının yanında onun bütün düymələrini yoxlayıb işlək olduğundan əmin olsunlar. Televizor satanlar deyirlər ki, bizdə antena yoxdur. Son zamanlar nədirsə, bu, geniş yayılıb. Bilərəkdən televizoru şəbəkəyə qoşmurlar, yoxlamırlar. Kassa çekini saxlamaq lazımdır, bu zaman məhsulu geri qaytarmaq olur. Problem yaşayan istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Azad İstehlakçılar Birliyinə müraciət etsinlər”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
28
6
demokrat.az

7Mənbələr