AZ

SENSASİYA: Qərb Rusiya və Belarusa qarşı müharibəyə hazırlaşır

“Qərb Rusiya və Belarusa qarşı hərbi əməliyyatlara hazırlaşır”.

Turkustan.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

O bildirib ki, nüvə məsələsi xüsusi narahatlıq doğurur.

“Belarus və Rusiya kəskin geosiyasi qarşıdurma kontekstində artan təhlükəsizlik təhdidləri ilə üz-üzədir. Həyata keçirilən fəaliyyətlərin xarakteri Qərbin İttifaq dövlətinə qarşı hərbi əməliyyatlara hazırlaşdığını göstərir. İttifaq dövlətinin qərb sərhədlərində Amerika və NATO qoşunlarının sayının artması, həmçinin ABŞ və onun müttəfiqlərinin siyasi və iqtisadi təzyiqlərinin çoxalması bunu deməyə əsas verir.Belə ki, 2024-cü ilin əvvəlindən Avropada 400-dən çox təlim keçirilib və bu təlimlərdə 500 minə yaxın hərbçi iştirak edib”.

Belarus rəsmisinin sözlərinə görə, nüvə məsələsi xüsusi narahatlıq doğurur.

“ABŞ Avropa ölkələrində yerləşdirilən taktiki nüvə silahlarını modernləşdirməyə başlayıb. Həmçinin öz qüvvələrinin hazırlığını gücləndirib. 2024-cü ilin oktyabrında Avropada 2,7 min əsgərin və nüvə başlıqlı qanadlı raketləri daşıya bilən 90 təyyarənin iştirakı ilə NATO-nun iki təlimi keçirilib. Şərqi Avropa ölkələrinin ərazisində hərbi infrastruktur fəal şəkildə təkmilləşdirilir. Polşa və Baltikyanı ölkələrdə beş aerodrom, iki hərbi dəniz bazası və altı böyük poliqonun modernləşdirilməsi başa çatıb”, – deyə Volfoviç vurğulayıb. /Globalinfo.az/

Seçilən
22
1
turkustan.az

2Mənbələr