AZ

Trampın “sus payı” işi üzrə cəza müddətsiz təxirə SALINDI

ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Nyu-York Məhkəməsində baxılan "sus payı" işi üzrə cəzanın elan edilməsi, onun etiraz müraciətinin qəbul edilməsindən sonra müddətsiz olaraq təxirə salınıb.

Redaktor.az xəbər verir ki, Məhkəmə hakimi Xuan Merçan, Trampın ittihamların ləğv edilməsi üçün vəsatət təqdim etməsinə icazə verib və seçilmiş prezident üçün cəza tarixini məhkəmə proqramından çıxarıb.

Hakim Merçan, Trampın vəkillərinin işin ləğvi üçün vəsatətlərini 2 dekabra qədər təqdim etməli olduqlarını, Baş prokuror Alvin Bragg-in isə cavabını 9 dekabra qədər təqdim etməsi üçün vaxt təyin edib.

Cəzanın 26 noyabrda açıqlanacağı gözlənilsə də, Merçan tarixin təxirə salındığını bildirib və yeni cəza tarixi ilə bağlı heç bir məlumat verməyib.

Trampın mətbuat katibi və Ağ Evin yeni kommunikasiya direktoru Stiven Çeunq "Fox News"a açıqlamasında deyib: “Prezident Trampa qarşı açılan saxta Manhattan işi artıq qəti qələbə ilə tamamilə dayandırıldı və cəza təxirə salındı”.

Seymur BƏNNAYEV 

Seçilən
16
1
redaktor.az

2Mənbələr