AZ

Suriyadan Rusiyaya 26 uşaq geri qaytarılıb

Suriyadan Rusiyaya iyirmi altı uşaq qaytarılıb. Onlardan on nəfəri Dağıstandana məxsus olub.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Respublikanın Uşaq Hüquqları üzrə Müvəkkili Marina Yejova danışıb.

“İndi onlar karantin zonasındadırlar. Uşaqlar tibbi müayinədən keçəcək və reabilitasiya olunacaq, sonra yaxınlarına təhvil veriləcəklər”, - Yejova bildirib.

Noyabrın 22-də Uşaq Ombudsmanı Aparatı Suriyanın şimal-şərqindəki düşərgələrdən birində olan 26 uşağın Rusiyaya qaytarıldığını açıqlayıb. 5-12 yaş arası 14 oğlan və 12 qız vətənə qayıdıb.

QAZİLER.AZ

Seçilən
22
qaziler.az

1Mənbələr