AZ

Türkiyədə terrora cəhd edən şəxs həbs olundu

Maoist Kommunist Partiyasının (MKP) üzvü, terrorla əlaqədar axtarışda olan və MİT tərəfindən tutulmuş Kadir Çelik həbs edilib.   Manset.az xəbər verir ki, İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində, MKP terror təşkilatının Suriyadakı kənd dəstəsində fəaliyyət göstərən Çelik, "silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə axtarışa verilmişdi. İstanbul və Tunceli şəhərlərində axtarışda olan Çelik, Daxili İşlər Nazirliyinin axtarış siyahısında yer alırdı. O, Yaxın Şərqdə yaxalanaraq Türkiyəyə gətirilib. İstintaq zamanı, Çelikin MKP terror təşkilatında fəaliyyət göstərdiyi, təşkilata aid qəzet və jurnalların yayılması və yeni üzvlər cəlb etmək məqsədilə təbliğat aparması müəyyən edilib.

Bundan əlavə, 2015-ci ildə MLKP terror təşkilatında fəaliyyət göstərərkən, təhlükəsizlik qüvvələri ilə qarşıdurmada öldürülən iki terrorçunun dəfn mərasimində təşkilatın lehinə şüarlar səsləndirərək, təşkilatın simvolunu açdığı da aşkarlanıb.

Seçilən
14
2
manset.az

3Mənbələr