Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Konqres Mərkəzində keçirilən İstanbul Enerji Forumunda çıxış edib.
Ərdoğan çıxışında müxalifətə sərt mesaj verərək deyib:
"Komissiya basaraq, üzvü belə olmadıqları komissiyada terror əsdirərək müxalifətçilik etdiklərini zənn edənlər dərin bir yanılgı içindədirlər. Biz yarım əsrə yaxın siyasi fəaliyyətimizin heç bir dövründə zorbalığa, şəhər quldurluğuna boyun əymədik, bundan sonra da əymərik".
Enerji Forumunun əhəmiyyətinə toxunan Ərdoğan sözlərini belə davam etdirib:
"Bu il ilk dəfə təşkil olunan İstanbul Enerji Forumunda sizi ölkəmizdə qarşılamaqdan böyük məmnunluq duyuruq. Türkiyəyə və gözəl İstanbulumuza xoş gəlmisiniz. Bu vacib tədbirin təşkilində əməyi olan Anadolu Agentliyinə, Enerji Nazirliyinə və digər qurumlara təşəkkür edirəm. Forumun ölkələrimiz və bütün insanlıq üçün xeyirli olmasını arzulayıram."
Forumda enerji sektorundakı aktual mövzular, Türkiyənin rolu, enerji dönüşümünün maliyyələşdirilməsi və texnoloji inkişaflar kimi məsələlərin müzakirə olunacağını qeyd edən Ərdoğan, iştirakçılara təşəkkür edib. Bundan əlavə, Anadolu Agentliyinin həyata keçirdiyi Enerji Terminalının Türkçe nəşrlərinin rəsmi açılışının da bu forum çərçivəsində reallaşdığını bildirib. \\Redaktor.Az