AZ

İspaniya nəhəngi Enzo Fernandesə göz dikib

"Atletiko" heyətini gücləndirmək üçün çalışır.

90deqiqe.Az-ın “TodoFichajes”ə istinadən məlumatına görə, Madrid klubunun hədəfi "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandesdir. Fernandez bu yaxınlarda "Çelsi"nin əsas oyunçusu statusunu itirib. Bunun fonunda yarımmüdafiəçinin şəxsi həyatında problemlər var. Bir sözlə, dekorasiya dəyişikliyi 23 yaşlı futbolçu üçün maraqlı ola bilər.

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Enzo Fernandesi öz sıralarında görmək istəyir.

"Çelsi" 2023-cü ilin əvvəlində argentinalı üçün 121 milyon avro ödəyib və londonlular bu məbləğin böyük hissəsini geri qaytarmaq istəyir.

Seçilən
23
90deqiqe.az

1Mənbələr