AZ

General: DSX COP29 ilə əlaqədar qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları COP 29-a hazırlıqla əlaqədar zəruri tədbirlər görüb və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov “Şəmkir” Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının Azərbaycanda keçirilən 29-cu sessiyası – COP 29-a hazırlıqla əlaqədar zəruri tədbirlər görüb və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib:

“Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi inkişaf yolu keçir. Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyini yüksək səviyyədə təmin olunur”.

Seçilən
20
6
yenigundem.az

10Mənbələr