AZ

Formula-1-də yeni komanda

"Formula-1" üzrə dünya çempionatında 11-ci komanda iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) "Andretti"nin yarışda iştirakını təsdiqlədiyi bildirilib.

Yeni komanda 2026-cı ildən yarışa qoşulacaq. Yayılan məlumatlarda debütantın adının "General Motors"un mövqeyindən asılı olaraq dəyişə biləcəyi də vurğulanıb.

Qeyd edək ki, hazırda "Formula-1"də 10 komandadan 20 pilot mübarizə aparır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
47
2
bizim.media

3Mənbələr