AZ

“Biz dünyada ən çox qol şansı yaradan komandalardan biriyik”

"Lion"un yarımmüdafiəçisi Nemanya Matiç Liqa 1-də “Reyms”lə keçiriləcək oyun haqda danışarkən, komandasının növbəti görüşünün “Qarabağ”a qarşı olacağından və bu görüşdəki hədəflərindən danışıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən serbiyalı Avropa Liqasını qazanmaq istədikləri bildirib:

"Biz dünyada ən çox qol şansı yaradan klublarından biriyik. Sadəcə, effektivliyi artırmaq lazımdır.

Komandanın hazırda Liqa 1-də 5-ci yerdə olması bizi razı salmır. “Lion” Çempionlar Liqasında oynamalıdır.

Biz Avropa Liqasında yaxşı vəziyyətdəyik və bu turniri qazanmaq üçün hər şeyi edəcəyik. Növbəti görüşümüz olacaq. Yaxşı hazırlaşırıq".

“Qarabağ” – “Lion” matçı noyabrın 28-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

Seçilən
26
sportinfo.az

1Mənbələr