AZ

Binadan 22 yaşlı arvadını ataraq öldürən şəxs məhkəmə QARŞISINDA

Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

KONKRET.az xəbər verir ki, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nurəddin Hüseynlinin icraatına verilib.

Qeyd: Bu il iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı Ayşən Kazımovanın həyat yoldaşı, 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Hüseyn Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
10
2
konkret.az

3Mənbələr