AZ

Əmək Məcəlləsində son dəyişikliklərdən sonraişçinin əmək stajı necə hesablanacaq?

Əvvəlki məqalələrin birində əmək stajının hesablanması ilə bağlı qanunvericilikdəki dəyişikliklərdən sonra bəzi məqamları izah etmişdik. Bu dəfə isə iqtisadçı-ekspert Anar Bayramov işçinin əmək stajının hesablanmasını nümunə əsasında aydınlaşdırıb.

Əmək Məcəlləsində son dəyişikliklərlə bağlı 28 iyun 2024-cü il tarixli 1195-VIQD nömrəli Qanunun keçid müddəasında əmək stajının müəyyən edilməsinə aydınlıq gətirilib. Belə ki, Qanunun 12.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir.

İndi isə praktiki misal üzərində işçinin əmək stajının hesablanması qaydasını nəzərdən keçirək.

Misal: İşçinin əmək stajı aşağıdakı kimi olub:

- 1 mart 2008-ci il tarixdən 6 il müddətində eyni iş yerində çalışıb;

- 1 mart 2014-cü il tarixdən fərqli işəgötürəndə əsas iş yeri kimi çalışdığı vəzifədə əmək stajı 4 il olub;

- Əlavə iş yeri üzrə çalışdığı işəgötürəndə isə 1 mart 2014-cü il tarixdən 18 ay çalışıb;

- 1 sentyabr 2018-ci il tarixdən etibarən 4 il müddətində ali təhsil alıb;

- 1 iyul 2022-ci il tarixdən 1 il müddətli həqiqi hərbi xidmətdə olub;

- 1 iyul 2023-cü il tarixdən 8 ay əsas iş yerində çalışıb;

- 1 dekabr 2023-cü il tarixdən 4 ay müddətində əlavə iş yerində çalışıb;

- 1 sentyabr 2024-cü il tarixdə yeni iş yerinə qəbul olunub.

İndi isə işçinin əmək stajını hesablayaq:

N

Əmәk stajı haqqında mәlumat

Nәzәrә alınıb-alınmaması haqqında mәlumat

Qeyd

1

1 mart 2008-ci il tarixdәn 6 il müddәtindә eyni iş yerindә çalışıb

Nəzərə alınır

Xitam tarixi 1 iyul 2014-cü il tarixdәn öncә olduğu üçün ƏMAS altsistemindә qeydə alınmaması ehtimalı yüksәkdir

2

1 mart 2014-cü il tarixdәn fәrqli işәgötürәndә әsas iş yeri kimi çalışdığı vәzifәdә әmәk stajı 4 il olub

Nəzərə alınır

3

Əlavә iş yeri üzrә çalışdığı işәgötürәndә 1 mart 2014-cü il tarixdәn 18 ay çalışıb

Nəzərə alınmır

Eyni dövrdә işçinin әsas vә әlavә iş yeri üzrә әmәk stajı olduğu üçün yalnız biri nәzәrә alınmalıdır

4

1 sentyabr 2018-ci il tarixdәn etibarәn 4 il müddәtindә ali tәhsil alıb

Nəzərə alınmır

Ali tәhsil әmәk stajında nәzәrә alınmır

5

1 iyul 2022-ci il tarixdәn 1 il müddәtli hәqiqi hәrbi xidmәtdә olub

Nəzərə alınmır

Müddәtli hәrbi xidmәt dövrü әmәk stajında nәzәrә alınmır

6

1 iyul 2023-cü il tarixdәn 8 ay әsas iş yerindә çalışıb

Nəzərə alınır

7

1 dekabr 2023-cü il tarixdәn 4 ay müddәtindә әlavә iş yerindә çalışıb

Qismən nəzərə alınır

Əlavә iş yerinin son bir ayında (2024-cü ilin mart ayında) әsas iş yerindә çalışmadığı üçün hәmin müddәtə qәdәr nәzәrә alınır

CƏMİ (nәzәrә alınacaq әmәk stajı üzrә)

10 il 9 ay (6 il+ 4 il+8 ay+ 1 ay)

Seçilən
14
1
vergiler.az

2Mənbələr