AZ

“Özünə hörmət edən sənətkar efirə çıxmır”

“Televiziya verlişlərimizin çoxu bayağıdır, indi dəbdə olan mahnılar kimi… Bunların səbəbkarı aparıcılardan çox veriliş redaktorları və prodüserləridir. Layihə rəhbərləri və sponsorlardır günahkar”.

NOCOMMENT.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri aparıcı-prodüser Tarix Əliyevin instaqram hesabında şərh bölümündə yazıb. Sənətçi bildirib ki, sənətkarlar da buna görə verilişlərə çıxmırlar:

“Aparıcılar gələn qonaqlardan daha çox danışırlar, suallar və mövzu heç kəsin marağın cəlb etmir. Bütün kanallarda eynitipli verilişlər (İTV xaric) və eyni qonaqlar… Özünə hörmət edən sənətkarlar artıq efirə çıxmır. Dövlət bu işə diqqət və büdcə ayırmalıdır. Yeni bir qurum yaradılmalıdır: gənc, istedadlı, savadlı insanlar cəlb olunmalıdır, yetişdirilməlidir”.

Seçilən
10
14
nocomment.az

10Mənbələr