AZ

Paşinyan ölkədəki istefa dalğasından danışdı: "Məmurlara yazdım ki..."

Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra məmurlara istefa vermək təklifini messencer vasitəsilə göndərib.

Musavat.com xəbər verir ku, o, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Paşinyandan bazar günü gec saatlarda SMS vasitəsilə onlara mesaj göndərib-göndərməməsi soruşulub. O, bu suala belə cavab verib: “Bazar günü - bəli, axşam gec - yox, yazılı şəkildə - bəli. Söhbət ondan gedir ki, mesaj harada yazılsa, daha təsirli olur və daha az uyğunsuzluq buraxır”.

Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyandan niyə istefa verməsini xahiş etdiyini soruşduqda baş nazir qeyd edib ki, Andreasyan Nazirlər Kabinetinin üzvü deyil və onu işdən çıxara bilməz. Lakin Paşinyan onu da qeyd edib ki, məhkəmə sistemindəki mümkün çatışmazlıqlara görə hələ də məsuliyyəti o daşıyır.

“Əgər insanlar məhkəmə-hüquq sistemində müstəqilliyin olmadığını hiss edirsə və onlardan buna görə kimin məsuliyyət daşıdığını soruşsanız, kimin adını çəkəcəklər? Aydındır ki, mənim”, - Paşinyan bildirib.

Eyni zamanda, baş nazir bu qərarları Mülki Müqavilə partiyasının rəhbərliyi ilə məsləhətləşmədən təkbaşına qəbul etdiyini bildirib.

Noyabrın 17-də axşam saatlarında bir sıra məmurların səs-küylü işdən çıxarılması məlum olub. Artıq noyabrın 18-də məlum olub ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin və Ali Məhkəmə Şurasının rəhbərləri Sasun Xaçatryan və Karen Andreasyan, infrastruktur və ərazi idarəetmə naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin və İstintaq Komitəsinin sədrləri Rüstəm Badasyan və Argişti Kyaramyan, eləcə də Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan öz postlarını itiriblər.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr