AZ

Yamal bu gün oynaya biləcək?

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın vingeri Lamin Yamal barədə danışıb.

Publika.az xəbər verir ki, almaniyalı mütəxəssis 17 yaşlı futbolçunun La Liqanın 14-cü turunun "Selta" ilə matçında iştirak edə bilməyəcəyini bildirib:

“Lamin "Selta"ya qarşı oynaya bilməyəcək, nə vaxt hazır olacağını görəcəyik. Meydana qayıtdığı zaman tamamilə sağlam olması vacibdir”.

Yamal sağ topuğundan zədə alıb. Onun meydanlara nə vaxt qayıdacağı açıqlanmır.

Seçilən
15
1
publika.az

2Mənbələr