AZ

Bakıda 3 milyonluq “köhnə tikili” – FOTOLAR

Elan saytlarında fantastik qiymətə satışa çıxarılan daşınmaz əmlakların sayı gündən-günə artır. Qiymətləri milyon manatlarla təklif olunan mənzil və evlər alıcıların ciddi marağına səbəb olur.

Ümumən son vaxtlar Bakının mərkəzində (“İçərişəhər”, “Sahil”, “28 May” metrostansiyaları və Nizami küçəsinin yaxınlığı) satışa çıxarılan evlərin sayı və alıcı kütləsi xeyli artıb. Daşınmaz əmlak bazarında günbəgün özünü göstərən sürətli bahalaşma tendensiyası, ən uğurlu yatırım vasitəsi kimi, ev və mənzillərin alışını ön plana çıxarır. Qiymət artımı tendensiyası isə mərkəz və mərkəzəyaxın ərazilərdə daha kəskin sürətdə özünü göstərir. Hazırda ən yüksək qiymət artımı paytaxtın Səbail, Nəsimi və Nərimanov rayonlarında özünü göstərir. 

Musavat.com Yenisabah.az-a istinadla xəbər verir ki, bu qəbildən olan evlərdən biri də Nəsimi rayonu, Nizami küçəsində (Torqovıy) yerləşir.

Satış saytlarının birində təklif olunan sözügedən evin qiyməti 3 milyon 400 min manatdır. 8 otaq və 500 kvadratmetr sahədən ibarət olan fərdi yaşayış evi 3 mərtəbəlidir. Bəhs edilən daşınmaz əmlak “köhnə tikili” kateqoriyasında əlavə edilib. 

Sözügedən evin fotolarını təqdim edirik:

Seçilən
9
musavat.com

1Mənbələr