AZ

“Törənin izində” verilişinin düşündürdükləri… – FOTO

ARB – nin efirində artıq bir neçə həftədir ki, “Törənin izində” adlı veriliş yayımlanır. Yayımlanan həmin verilişdə gələn qonaqlar Türk dünyasının keçmişi, bu günü və gələcəyi haqqında öz əhatəli düşüncələrini dilə gətirir, Türk törəsinin millətin qədərindəki rolu ilə bağlı mülahizələr yürüdürlər.

Dünyada baş verən proseslər, yeni dünya düzənində Türk millətinin rolu, atmalı olduğu addımlar, yaşadığımız bölgədə olkəmizin nəhai hədəfləri, hətta dünyada söz sahibi olmaq üçün geosiyasi gedişlər bütün bunlar verilişin daxilində əsas lakin çox da üzdə olmayan sistematikadır ki, verilişi araya – ərsəyə gətirən komanda bunu çox ustaca təbii ki, seçilən qonaqların qatılımı ilə izləyənlərin şüur altına ötürürlər. Dünyamızın informasiya dönəmindən keçdiyini, gerçəklə dezinformasiya arasında incə bir xəttin olduğunu nəzərə alsaq, bu kimi verilişlədə səsləndirilən ideolojik mühakimələrin önəmi daha çox özünü göstərir. Bu gün süni intellektlə istənilən bir ideyanın izləyiciyə, oxucuya, dinləyiciyə çatdırılmasının əlcatanlığı əslində bu cür düşüncəyə dayalı, hər hansı bir şou xarakterli olmayan verilişləri daha baxımlı edir.

İzləyici əslində içində var olan, genetik kodlarında mövcud dəyər yarğıları ilə qonağı izləyir, verilişin daxili zəminində qurulan dekorasiyalardan, fonda səslənən musiqilərdən,tez -tez kameraya tuş gələn bizə aid olan, unutduğumuz, amma beynimizin bir köşəsində ilişib qalan komponentlərə kimi bütün hər şey ona bir gerçəyi xatırladır: tarixi unutmaq olmaz! Bu gün özəlliklə milli kimliklərin yox edilməsi ilə bağlı müxtəlif təhdidlərin var olduğu dünyamızda məhz “Törənin izində” tərzində olan verilişlər vasitəsi ilə şəhərin bir az monoton, bir az kirli, bir az basmaqəlib, bir az da hətta təhlükəli tərzindən yorulan insana doğa ilə bağlı da bir mesaj ötürülür: sənin köklərin dogadadır!

Sən var olan gündən doğanın bir parçası olmusan, sən doğa ilə bütünləşmisən, onun yoldaşı olmusan, ondan güc almısan. İndi onu atıb dünyanın cürbəcür kimlik dayatmalarının içindən özünə kimlik seçə bilməzsən. Doğa sənə verilən ən təbii nemətdi, sən o nemətlə dağları yerindən oynada bilərsən…

Verilişdə qonaqların seçimi də çox rəngarəngdi: yazıları, elmi kitabları, baxış açıları, dünyada mövcud düşüncələrə qarşı öz novator yanaşmaları ilə seçilən aydınlar, şeirlərində milli koloriti, Türk dünyasına, Turana baxışı seçilən şairlər, bütün bunlar hamısı tamaşaçını ekran başına mismarlayan amillərdəndi: çünkü aparici, ya da yaradıcı heyət nə qədər uğur hekayələri yazırlarsa yazsınlar əgər aparıcı ilə qonaq həmahəng deyilsə, bir birilərini anlamırlarsa, düşüncə qaynağı baxımından bir birilərinə, elə tamaşaçının özünə belə müsbət ovqata kökləyərək düşünməyə vadar etmirsə, o verilişindən söhbət belə gedə bilməz.

“Törənin izində” ARB – nin efirində yenidir, həm də bu sahədə nə yazıq ki, ciddi anlamda boşluqlar var və bu boşluqlar cəmiyyətin müəyyən mənada erroziyasına, özündən uzaqlaşmasına gətirib cıxarır sonuxc etibarl ilə.Türk törəsindən, milli kimlikdən, Turan məfkurəsindən bəhs edən bu cür verilişler nə qədər çox efirlərimizdə görünərsə, gələcəyimiz olan balalarımız məhz bu verilişlərdə qonaq olan düşüncə insanlarını dinləyərsə bir o qədər öz kimliyimizə sahib olariq. “Törənin izində” verilişinin bir önəmli özəlliyi bu novator yanaşmalari özündə barındıran verilişin Azərbaycan dövlətinin ulusal çıxarlarını, qırmızı xəttlerini Türk dünyasına baxışını yaşatması və ötürməsidir.

“Törənin izində” verilişini ən önəmli qılan özəllik də məhz budur. Dövlətçilik kursunu geosiyasi katoklizmlərə qarşı qorumaq məqsədi ilə araya – ərsəyə gətirilən bu cür verilişləri keşkə efir məkanında tez -tez görə bilsək… Toplumun sosial durumuna inanın ki, milli kimliyə bağlılığa söykənən verilişlərdən daha çox heç nə təsir edə bilməz.

Oktay Hacımusalı şair – tərcüməçi

 

Seçilən
19
yenicag.az

1Mənbələr