AZ

"Qeyri-peşəkar psixoloqlar uşaqlarla iş prosesində anaları düşmən obrazında görməyə təşviq edirlər" - Günel Səfərova

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova son zamanlar yeniyetmələr arasında artan zorakılıq halları ilə bağlı narahatlıq duyduğunu bildirib. O, bu hadisələrin ilkin mərhələdə gözə çarpmadığını, lakin araşdırmalar nəticəsində bəzi ciddi problemlərin ortaya çıxdığını vurğulayıb.

QHT.az xəbər verir ki, rəis müavini, xüsusilə həvəskar psixoloqlar, spritual "enerji uzmanları" və Theta Healer kimi qeyri-peşəkar şəxslərin uşaqlarla işləyərkən valideynləri, xüsusilə anaları, "düşmən obrazında" təqdim etməyə təşviq etdiklərini qeyd edib. Bu yanaşmanın, uşaqların ruh halını mənfi təsir edə biləcəyini qeyd edən mütəxəssis, bunun ümumi və peşəkar işə aid olmadığını, yalnız bəzi hallarda belə hallar baş verdiyini bildirib: 

"Valideynlərin sevgilərini bloklamağın doğru olmadığını düşünürəm, xüsusilə ana obrazına qarşı təhlükələri nəzərə alaraq belə yanaşmaların mənfi nəticələrə səbəb ola biləcəyini unutmamalıyıq. Bəzi hallarda Ana obrazından gələn təhlükələri istisna etməməklə yanaşı valideynlərin sevgilərini bloklamağı doğru hal hesab etmirəm. (xüsusi hallar istisna olmaqla) Xüsusi ilə sosial şəbəkə platformalarında da naşı, qeyri-proffesional və narahat edici videoları izlədikdən sonra bu məsələnin gündəmə gəlməsinin və cəmiyyətin müzakirə etməsinin tərəfdarıyam. Valideynlərin öhdəsinə bu məsələdə böyük məsuliyyət düşür. Təhsilinə, təcrübəsinə və nəticələrinə güvəndiyiniz mütəxəssislərə müraciət edin".


Pərvanə Fərhadqızı

Seçilən
27
qht.az

1Mənbələr